...

Xətai rayonunda avtoyuma sexi yanıb

Hadisə Materials 4 İyul 2019 17:24 (UTC +04:00)
Bakının Xətai rayonunda yanğın olub.
Xətai rayonunda avtoyuma sexi yanıb

Bakı. Trend:

Bakının Xətai rayonunda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xudu Məmmədov küçəsində ümumi sahəsi 60 kv.m olan tikilinin (avtoyuma və təkər təmiri sexi kimi fəaliyyət göstərir) çardağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti