...

Binəqədidə “KamAZ”la “Renault” toqquşub - Ölən var

Hadisə Materials 12 İyul 2019 16:42 (UTC +04:00)
Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Binəqədidə “KamAZ”la “Renault” toqquşub - Ölən var

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 14 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bərdə rayon sakini P.Musayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Nəbi Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti