...

Yanacaq tankeri avtomobillə toqquşdu - Ölənlər var

Hadisə Materials 23 İyul 2019 21:36 (UTC +04:00)
İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub.
Yanacaq tankeri avtomobillə toqquşdu - Ölənlər var

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Tonekabon Təcili Tibbi Hallar Mərkəzinin direktoru Nima Nejad Müqəddəm deyib.

N.Nejad Müqəddəmin sözlərinə görə, yanacaq tankeri avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin 4 sərnişini həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti