...

Ağstafada 5 otaqlı ev yanıb

Hadisə Materials 29 İyul 2019 14:31 (UTC +04:00)

Bakı. Trend:

Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağstafa rayonunun Göycəli kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti