...

Yaponiyada Asama vulkanı püskürməyə başladı

Hadisə Materials 7 Avqust 2019 19:40 (UTC +04:00)
Yaponiyanın Honsü adasının mərkəzi hissəsində yerləşən Asama vulkanı püskürməyə başlayıb
Yaponiyada Asama vulkanı püskürməyə başladı

Bakı. Trend:

Yaponiyanın Honsü adasının mərkəzi hissəsində yerləşən Asama vulkanı püskürməyə başlayıb.

Trend-in məlumatına görə, püskürməyə üçüncü dərəcəli təhlükə statusu verilib.

Hələlik vulkan püskürməsi nəticəsində hər hansı bir fəsadın olmadığı deyilsə də, sakinlərə vulkana 4 kilometrədək yaxınlaşmamaq məsləhət görülüb.

Püskürmə hazırda davam edir.

Qeyd edək ki, 2568 metr hündürlüyü olan Asama aktiv vulkanı sonuncu dəfə 2009-cu ildə püskürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti