Bakı. Trend:
Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 136 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 116 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.