...

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

Hadisə Materials 17 Avqust 2019 13:46 (UTC +04:00)
Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

Bakı. Samir Əli - Trend:

Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb edib və müqavimətlə rastlaşdığından ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıblar.

H.Babayevdən 5,229 qram marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti