...

Xırdalanda qarışıq mallar mağazası yanıb

Hadisə Materials 22 Avqust 2019 13:44 (UTC +04:00)
Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 1480 m² olan qarışıq mallar mağazasının yanar konstruksiyaları yanıb.
Xırdalanda qarışıq mallar mağazası yanıb

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 1480 m² olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisinə yığılan mallar 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti