...

FHN: Yanğının söndürülməsinə 22 texnika cəlb olunub (FOTO/VİDEO)

Hadisə Materials 22 Avqust 2019 17:48 (UTC +04:00)
İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
FHN: Yanğının söndürülməsinə 22 texnika cəlb olunub (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti