...

Gürcüstandan qanunsuz yolla spirtli içki gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 27 Avqust 2019 13:39 (UTC +04:00)
Gürcüstandan qanunsuz yolla spirtli içki gətirilməsinin qarşısı alınıb
Gürcüstandan qanunsuz yolla spirtli içki gətirilməsinin qarşısı alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0.5 litrlik "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti