...

Bakı sakini avtomobili ilə birlikdə itkin düşdü

Hadisə Materials 18 Oktyabr 2019 11:25 (UTC +04:00)
Bakıda orta yaşlı oğlan avtomobili ilə birlikdə yoxa çıxıb.
Bakı sakini avtomobili ilə birlikdə itkin düşdü

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda orta yaşlı oğlan avtomobili ilə birlikdə yoxa çıxıb.

Trend-in məlumatına görə, Bakı sakini 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlu oktyabrın 14-dən itkin düşüb.

Yaxınlarının Trend-ə veridiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

E.Həbibzadə qeyd olunan tarixdə səhər işə gedib. Daha sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb. Onu görənlərdən 055-751-55-33 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti