...

Alov qüllələrinin yanında qəza - Avtomobil divara çırpıldı

Hadisə Materials 28 Oktyabr 2019 14:56 (UTC +04:00)
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Alov qüllələrinin yanında qəza - Avtomobil divara çırpıldı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Mehdi Hüseyn küçəsi, "Alov qüllələri" binalar kompleksinin yanında qeydə alınıb. İdarətməni itirən minik avtomobili divara çırpılıb. Toqquşmanın gücündən yanmağa başlayan avtomobil ətrafdakı insanların köməyi ilə sondürülüb.

Hadisə səbəbindən adıçəkilən küçədə qısa tıxac yaranıb və oraya cəlb olunan Dövlət Yol Polisi əməkdaşları avtomobillərin sıxlığını aradan qaldırmağa çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti