...

16 il həbsdə yatan Quba sakini yenidən cinayət törətdi

Hadisə Materials 30 Oktyabr 2019 19:32 (UTC +04:00)
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
16 il həbsdə yatan Quba sakini yenidən cinayət törətdi

Bakı. Samir Əli - Trend:

Oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən Trend-ə məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti