...

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı - 2 ölü, 6 yaralı

Hadisə Materials 4 Noyabr 2019 18:50 (UTC +04:00)
Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb
DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı - 2 ölü, 6 yaralı

Bakı. Samir Əli - Trend:

Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub. Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti