...

Göyçayda naqil oğruları saxlanılıb

Hadisə Materials 26 Noyabr 2019 11:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan alüminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri Asif Abdullayev, Yaşar Atayev və Asif Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti