...

İmişlidə "Mercedes" 28 yaşlı oğlanı vurub öldürdü

Hadisə Materials 29 Noyabr 2019 19:48 (UTC +04:00)
İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İmişlidə "Mercedes" 28 yaşlı oğlanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun 81-ci kilometrliyində baş verib.

Beyləqan rayon sakini Məmmədov Cəfər Yusif oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən İmişli rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndərov Rövşən Mansur oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti