...

Qatarla avtomobilin toqquşması zamanı ölənlərin KİMLİYİ məlum oldu

Hadisə Materials 4 Dekabr 2019 11:38 (UTC +04:00)
Saatlıda qatarın avtomobillə toqquşması nəticəsində ölənlərin adları məlum olub.
Qatarla avtomobilin toqquşması zamanı ölənlərin KİMLİYİ məlum oldu

Bakı. Samir Əli - Trend:

Saatlı rayonunda qatarın avtomobillə toqquşması nəticəsində ölənlərin adları məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində ölənlər - Sabirabad rayon Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu və rayonun Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Xatırladaq ki, bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti