...

Ağstafada səsgücləndirici quraşdırılan avtomobil küçədə yandı

Hadisə Materials 9 Dekabr 2019 14:06 (UTC +04:00)
Ağstafa rayonunda avtomobilı küçədə yanıb.
Ağstafada səsgücləndirici quraşdırılan avtomobil küçədə yandı

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda avtomobilı küçədə yanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
Kənd sakini Budaqov Sənan Əhməd oğluna məxsus “VAZ 2107” markalı avtomobil küçədə qəfil alışıb.

İlkin ehtimala görə, avtomobil qısaqapanmadan yanıb. Maşın sahibi avtomobilə kustar üsulla səsgücləndirici quraşdırıb və nəticədə avtomobil hərəkətdə olarkən alışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti