...

Masallıda iki avtomobil toqquşdu - Bir nəfər öldü

Hadisə Materials 16 Dekabr 2019 14:36 (UTC +04:00)
Masallı rayonunun stansiya Masallı kəndi ərazisində “VAZ-211440” və “QAZ-21029” markalı avtomobillər toqquşub.
Masallıda iki avtomobil toqquşdu - Bir nəfər öldü

Bakı. Trend:

Masallı rayonunun stansiya Masallı kəndi ərazisində “VAZ-211440” və “QAZ-21029” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də saat 19 radələrində Masallı rayonunun stansiya Masallı kəndi ərazisində Lənkəran rayon sakinləri S.Abbasovun idarə etdiyi “VAZ-211440” və Ramin Novruzovun idarə etdiyi “QAZ-21029” markalı avtomobillər toqquşub.

Nəticədə R.Novruzov aldığı xəsarətlərdən hadisə yerinə ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti