...

Salyanda qadın avtomobili aşırdı - İki nəfər öldü

Hadisə Materials 23 Dekabr 2019 13:43 (UTC +04:00)
Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Salyanda qadın avtomobili aşırdı - İki nəfər öldü

Bakı. Trend:

Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdirilib.

Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti