...

Bakıda marşrut avtobusu yanıb

Hadisə Materials 25 Dekabr 2019 10:38 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi paytaxtda marşrut avtobusunun yanması barədə məlumat yayıb.
Bakıda marşrut avtobusu yanıb

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxtda marşrut avtobusunun yanması barədə məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün saat 09:40 radələrində Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metro stansiyası yaxınlığında) Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQN-lı avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

Yanğın sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib.

Avtobusda xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti