...

Qaxda baş verən yol qəzasında sərnişin öldü

Hadisə Materials 25 Dekabr 2019 13:14 (UTC +04:00)
Qax şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaxda baş verən yol qəzasında sərnişin öldü

Bakı. Trend:

Qax şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 24-də saat 13 radələrində Qax şəhəri ərazisində Yevlax rayon sakini M.İsgəndərov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobildəki sərnişin Cəsarət Əlizadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti