...

Kürdəmirdə velosiped sürən azyaşlı maşının altında qalıb

Hadisə Materials 30 Dekabr 2019 14:16 (UTC +04:00)
Kürdəmir rayonunun Şıxımlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəmirdə velosiped sürən azyaşlı maşının altında qalıb

Bakı. Trend:

Kürdəmir rayonunun Şıxımlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 29-da saat 17 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində kənd sakini N.Məlikov idarə etdiyi “QAZel” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Atakişili kənd sakini azyaşlı, Kənan Nəbizadəni vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti