...

Kürdəmirdə ağır qəza: VAZ KamAZ-la toqquşdu

Hadisə Materials 2 Yanvar 2020 13:17 (UTC +04:00)
Kürdəmir rayonunda “VAZ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Kürdəmirdə ağır qəza: VAZ KamAZ-la toqquşdu

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda “VAZ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Fövqalədə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Paşayev Raqif Süleyman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti