...

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Hadisə Materials 4 Yanvar 2020 01:27 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti