...

Avtomobillə vurulan Digah sakini xəstəxanada ölüb

Hadisə Materials 13 Yanvar 2020 13:33 (UTC +04:00)
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Abşeron rayonunun Digah qəsəbə sakini Murad Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb
Avtomobillə vurulan Digah sakini xəstəxanada ölüb

Bakı. Trend:

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Abşeron rayonunun Digah qəsəbə sakini Murad Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti