...

Bakıda 16-cı mərtəbədə baş verən yanğın söndürülüb

Hadisə Materials 22 Yanvar 2020 11:40 (UTC +04:00)
Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub
Bakıda 16-cı mərtəbədə baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə daxil olan məlumata əsasən, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bildirilir ki, şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti