...

Qaradağda maşın piyadanı vurub öldürdü

Hadisə Materials 5 Fevral 2020 12:46 (UTC +04:00)
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Qaradağda maşın piyadanı vurub öldürdü

Bakı. Trend:

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də saat 6 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədaqət Əfəndiyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti