...

Goranboyda avtomobili ağaca çırpan sürücü öldü

Hadisə Materials 18 Fevral 2020 11:55 (UTC +04:00)
Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.
Goranboyda avtomobili ağaca çırpan sürücü öldü

Bakı. Trend:

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 18-də saat 1 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti