...

Gəncədə “Mercedes” hasara çırpılıb

Hadisə Materials 18 Fevral 2020 20:30 (UTC +04:00)
“Mercedes” markalı minik avtomobili yol kənarındakı beton hasara çırpılıb.
Gəncədə “Mercedes” hasara çırpılıb

Bakı. Trend:

Gəncədə yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton hasara çırpılıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti