...

Ucarda “Mercedes” yük avtomobili ilə toqquşub - 1 ölü

Hadisə Materials 24 Fevral 2020 12:58 (UTC +04:00)
Ucar rayonunun Pirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ucarda “Mercedes” yük avtomobili ilə toqquşub - 1 ölü

Bakı. Trend:

Ucar rayonunun Pirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 15 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Bakı şəhər sakini E.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən “Volvo” markalı yük avtomobilinə vuruv. Nəticədə E.Qarayevin sərnişini Namiq Gərəkməzli xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti