...

Lerikdə "UAZ" dərəyə aşdı: Sərnişin və 1 yaşlı oğlu öldü

Hadisə Materials 24 Fevral 2020 13:08 (UTC +04:00)
Lerik rayonunun Orand kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Lerikdə "UAZ" dərəyə aşdı: Sərnişin və 1 yaşlı oğlu öldü

Bakı. Trend:

Lerik rayonunun Orand kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 8 radələrində Lerik rayonunun Orand kəndi ərazisində kənd sakini M.Rəhimov idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarındakı maneəyə vuraraq dərəyə aşırıb. Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən Xəqani Rəhimov və 1 yaşlı oğlu Hüseyn orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti