...

Gədəbəydə "VAZ" "KamAZ"la toqquşub, ölən var

Hadisə Materials 24 Fevral 2020 13:30 (UTC +04:00)
Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gədəbəydə "VAZ" "KamAZ"la toqquşub, ölən var

Bakı. Trend:

Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində kənd sakini Taleh Rəsulovun idarə etdiyi “VAZ-21015” və Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti