...

Bakıda polisi qardaşı qətlə yetirdi

Hadisə Materials 25 Fevral 2020 09:15 (UTC +04:00)
Bakıda polis əməkdaşı qətlə yetirilib.
Bakıda polisi qardaşı qətlə yetirdi

Bakı. Samir Əli - Trend:

Bakıda polis əməkdaşı qətlə yetirilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərmanov rayonunda baş verib.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti