...

Tərtərdə ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 16 Mart 2020 19:38 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də saat 23 radələrində şəhərin Bayandur kənd sakini A.Məmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb.
Tərtərdə ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də saat 23 radələrində rayonun Bayandur kənd sakini A.Məmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişin - Ələsgərli kənd sakini Nuranə İsayeva xəstəxanaya yerləşdirilmiş və martın 15-də orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti