...

Bakıda ağır yol qəzası - Ölən var

Hadisə Materials 22 Mart 2020 08:13 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda "Opel" və “Hyundai” markalı iki minik avtomobili toqquşub
Bakıda ağır yol qəzası - Ölən var

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

Məlumata əsasən hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti