...

Masallıda ikimərtəbəli evdə yanğın baş verib

Hadisə Materials 27 Mart 2020 08:46 (UTC +04:00)
Masallı rayonunun Lürən kəndində yanğın qeydə alınıb
Masallıda ikimərtəbəli evdə yanğın baş verib

Bakı. Trend:

Masallı rayonunun Lürən kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti