...

Lənkəran sakinləri narkotik vasitələri satarkən saxlanıldı

Hadisə Materials 27 Mart 2020 14:48 (UTC +04:00)
Lənkəran sakinləri narkotik vasitələri satarkən saxlanıldı

Bakı. Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, davam etdirilən tədbirlərlə B.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinənlər - K.Heydərov və Astara rayon sakini E.Xankişiyev də müəyyən edilərək saxlanılıblar.

K.Heydərovdan 2 kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti