...

Bakıda ev yanıb

Hadisə Materials 1 Aprel 2020 22:46 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş, ümumi sahəsi 100 m² olan digər birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi sahəsi 130 m² olan digər birmərtəbəli evin ondulindən ibarət dam örtüyü 0,5 m² sahədə əriyib.

Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti