Bakı. Trend:
Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində "BMW" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 11-də saat 18 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində Topalhəsənli kənd sakini R.İsmayılovun idarə etdiyi “BMW” və Qaraqocalı kənd sakini Rafət Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə R.Kərimov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.