...

Bakıda 32 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 16 Aprel 2020 11:33 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakıda 32 yaşlı qadını maşın vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, C.Xəndan küçəsində qeydə alınıb. Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü S.Salmanov idarə etdiyi "Opel" markalı avtomobillə yolun müəyyən olunmamış hissəsindən keçən piyada, 1988-ci il təvəllüdlü M.Verdiyevanı vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti