...

Bakıda avtomobilin qeydiyyat nişanlarını oğurlayanlar saxlanılıb

Hadisə Materials 2 May 2020 20:45 (UTC +04:00)
Bakıda avtomobilin qeydiyyat nişanlarını oğurlayanlar saxlanılıb

Bakı. Trend:

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevə məxsus "VAZ-2101" markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Yusifov və R.Məmmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti