...

Sumqayıt sakinindən tapança və patronları götürülüb

Hadisə Materials 16 May 2020 16:54 (UTC +04:00)
Sumqayıt sakinindən tapança və patronları götürülüb

Bakı. Trend:

Sumqayıt şəhər sakini N.Məmmədovdan nömrəsi silinmiş tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 5-ci PB-nin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılmış şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan nömrəsi silinmiş “PSM” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti