...

Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)

Hadisə Materials 4 İyun 2020 11:05 (UTC +04:00)
Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyədən gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1800 ədəd, Gürcüstandan gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9800 ədəd siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti