...

Şirvanda evə basqın edən maskalı şəxslər saxlanılıb

Hadisə Materials 15 İyun 2020 13:26 (UTC +04:00)
Şirvanda evə basqın edən maskalı şəxslər saxlanılıb

Bakı. Trend:

Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-əverilən məlumata görə, iyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş 2 maskalı şəxsin onu döyərək 2000 manat pulunu götürüb getmələri barədə Şirvan ŞPŞ-yə məlumat daxil olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti