Bakı. Trend:
Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-da saat 2 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbuduq kənd sakini Arif Vəliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.