Bakı. Samir Əli - Trend:
Bakıda azyaşlı ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.
Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.
Həmin küçədəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə beyin travması alan uşaq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.