...

Bakının Sabunçu rayonunda yanğın baş verib

Hadisə Materials 6 Sentyabr 2020 20:34 (UTC +04:00)
Bakının Sabunçu rayonunda yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinə (FHN) Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, 600 m² sahədə qamışlıq yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti