...

Ötən gün respublikanın yol qəzalarında 2 nəfər ölüb

Hadisə Materials 8 Sentyabr 2020 17:58 (UTC +04:00)
Ötən gün respublikanın yol qəzalarında 2 nəfər ölüb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən 11 borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti