...

Binəqədidə ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 12 Sentyabr 2020 17:12 (UTC +04:00)
Binəqədidə ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Binəqədi qəsəbəsi ərazisində yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayev qəsəbə sakini Z.İsrafilovun idarə etdiyi “MAN” markalı avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti